Azəri Əli Bəy - Bizi Umudsuz qoyma стр 11.

Шрифт
Фон

Hamı ona Kor Miseyib deyir, adamları görəndə gözünün birini qıyıb baxır.

Elə bu vaxt qapı açıldı və baş leytenant Əzimov qabaqda, onun arxasınca da mülki geyimli, orta yaşlı bir kişi otağa daxil oldular. Onları görən kimi uşaqların bənizi yenidən saraldı. Leytenant Osmanov başa düşdü ki, gələn xüsusi şöbənin zabitidir. Dərhal ayağa qalxıb özünü təqdim etdi:

Leytenant Osmanov.

Kapitan Seyfullayev, xüsusi şöbənin zabiti.  Qonaq əlini uzadıb görüşdü və tam ciddiyyəti ilə soruşdu:  Hə, nə aydınlaşdıra bilmisiniz?

Uşaqlar meşədə Miseyib kişini görüblər Kor Miseyibi.  Osmanov məlumat verdi.

Miseyib kişini?  Kapitan Seyfullayev qulaqlarına inanmırmış kimi dəqiqləşdirmək istədi.

Hə, hə, Miseyib kişini. Çiynində də balaca qara sumkası var imiş. Sıldırım qayalıqdakı mağaraya girib. Necə ki? Siz onu tanıyırsınız?

Heç. Belə birisi var, bizdə qeydiyyatdadır. On beş gündən artıqdır ki, onu görən olmayıb. Görəsən meşədə nə edirmiş?  Kapitan Seyfullayev üzünü uşaqlara tutdu:  Uşaqlar, həmin yeri bizə göstərə bilərsiniz?

Biz meşədə azmışdıq, geriyə yolu tapa bilmirdik.  deyə Habil cavab verdi.

Aydındır.  Leytenant Osmanov köməklik göstərdi.  Sizi sərhədçilərin tutduğu yerə aparsaq, oradan Miseyib kişinin girdiyi mağaranın yerini göstərə bilərsiniz?

Onlar bizi tutanda qaranlıq idi. Heç özümüz də bilmirdik ki, ora necə gəlib çıxmışıq.  Cümşüd çiyinlərini çəkib dodaqlarını büzdü.

Yaxşı, vaxt itirmək olmaz.  Kapitan Seyfullayev müzakirəyə son qoymaq istədi.  Gedək hadisə yerinə. Uşaqlar qaranlıqda çox gedə bilməzdilər. Onlar tutulan yerlə mağara bir-birinə yaxın olmalıdır.

Zabitlərin hər üçü ayağa qalxdı, uşaqlar da durdular.

Sən qal.  Baş leytenant Əzimov leytenant Osmanova dilxoşluq elədi.  Həm təzə gəlmisən, həm də yol gəlib yorulmusan. Buraları da tanımırsan. Əvvəlcə zastavada şərait ilə, xidmət yerləriylə tanış olsan yaxşıdır. Mayor Bədəlov özü də belə dedi.

Cənab baş leytenant!  Leytenant incik halda dilləndi.  Mən dincəlməyə yox, dövlət sərhədlərimizin müdafiəsində, mühafizəsinin təşkilində iştirak etməyə gəlmişəm.

Niyə xətrinə dəyir. Mən sənə elə-belə sözgəlişi dedim. Getməyinə onsuzda mayor Bədəlov icazə verməyəcək.

Əhsən leytenant!  Kapitan Seyfullayev gənc leytenantı ötərgi süzdü.  Yaxşı, gəl, mən mayor Bədəlovdan xahiş edərəm. Sənin də bizimlə getməyinə icazə verər.

Kapitan Seyfullayev özlüyündə: Zəif zabitə oxşamır. Anadangəlmə belidirəklidir, deyəsən. Bundan yaxşı sərhədçi çıxacaq deyə düşünərək otağı birinci tərk etdi. Onlar birlikdə mayor Bədəlovun otağına gəldilər.

Vaxt itirmək olmaz. Əməliyyat şəraitini nəzarətə götürmək lazımdır.  Mayor Bədəlov zabitlərin niyyətini dinlədikdən sonra xeyir-dua verib onları yola saldı.  Mənimlə rabitə əlaqəsində olun.

Uşaqlar kənd uşaqları idi sərhədçilərdən heç də geri qalmırdılar. Amma çox yorulduqlarından yoxuşun sərt yamacında dayanası oldular.

Bəlkə bir az dincələk.  Baş leytenant təklif etdi, heç kimin dinmədiyini görüb qərarını açıqladı.  Pe-re-val.

Pis olmazdı.  Kapitan Seyfullayev onunla razılaşdı və yerə oturdu, buna bənd imişlər kimi əsgərlər də tirtap göy otun üzərinə döşəndilər.  On beş-iyirmi dəqiqə nəfəsimizi dərib yolumuza davam edərik.

Bir azdan gün qızacaq. Onda yoxuşu qalxmaq bizim üçün daha çətin olacaq.  Leytenant Osmanov öz fikrini bildirdi.  Məndən olsa yolumuza davam edərdik.

Heç nə olmaz. Beş-üç dəqiqə dincimizi alıb güc toplasaydıq, pis olmazdı.  Xüsusi şöbənin zabiti fikrini əsaslandırdı.

Yol gəlmişik, bədənimiz qızışıb. Dayansaq halsızlaşa bilərik.  Leytenant inadından dönmədi.

Sən heç bilirsənmi nə qədər yolumuz qalıb? Bir də bura sənə Sərhəd Akademiyasının idman meydançası deyil, Bıtarın dik yamacıdır. Axı sən hardan biləsən dik yoxuş nədir.  Baş leytenant azaylandı.

Əgər dik yamacı qalxmaqda narahatçılıq çəkirsinizsə, onda yolumuzu dolayısı ilə davam edə bilərik.

Yetər mübahisə etdiniz.  Kapitan Seyfullayev ayağa qalxdı və yerə döşənmiş əsgərlərə də qalxmaq işarəsi verdi.  Madam ki, gedəcəyik, gedək. Çavuş İbrahimov, indi də sən qabağa keç.

Onlar hadisə yeri nə çatanda günəş üfüqdən bir baş da yuxarı qalxmışdı.

Uşaqlar, siz buraları tanıdınızmı?

Gecə qaranlıq idi, heç özümüz də bilmədik ki, bura haradan gəlib çıxmışıq.

Oraydı, cənab kapitan, oraydı.  Çavuş İbrahimov məlumat verərək əli ilə altmış-yetmiş addımlıqdakı ağaclığı göstərdi.  Biz sıldırım qayalıq tərəfdən sərhəd boyu baxa-baxa qayıdırdıq. Buradan keçəndə, bax, o yekə palıdın yanında şıqqıltı eşitdik. Fanarla palıdın yan-yörəsini işıqlandırdıq və uşaqların qaraltısını gördük. Dərhal: tərpənməyin, əllər yuxarı komandasını verdim. Uşaqlar isə bizi eşitməyib meşənin dərinliyinə tərəf qaçmağa başladılar.

Biz ağacın arxasında gizlənmək istədik. Qaranlıqda necə qaça bilərdik?  Habil sanki indi özünə gəlirmiş kimi çavuşun sözünə etirazını bildirdi.

İndi mübahisə etməyin yeri deyil. Hadisə ilə bağlı nə bilirsinizsə danışın. Bir azdan gec ola bilər. Əməliyyata başlamaq lazımdır.  Kapitan Seyfullayev təklif etdi.  İki qrupa bölünürük. Baş leytenant Əzimov iki əsgərlə bir-iki kilometrlik sağ tərəfdə sıldırım qayalıq istiqamətində yoxlama-müşahidə aparır. Leytenant Osmanovla mən isə çavuş İbrahimovun üç əsgəri ilə bərabər uşaqların dağdağan yığdıqları yeri tapmaq üçün meşənin dərinliyinə doğru irəliləyəcəyik.

Baş leytenant Əzimovun dəstəsi öz xidməti vəzifəsini yerinə yetirmək üçün deyilmiş istiqamətə yollandı. Onlar gedəndən sonra kapitan Seyfullayev soruşdu:

Görürəm, diribaş zabitə oxşayırsan. Sənin təklifin nədir?

Heç şübhəsiz ki, Kor Miseyib yığdığı meyvələri mağarada gizlətmir, onun gizlətdiyi hər nədirsə daha qiymətli və əngəlli bir şeydir. Odur ki, biz onu tapmalıyıq. Bunun üçün bir-birimizdən əlli-altmış addımlıqda meşəni cəzirələyirmişik kimi dərinliyə doğru addımlamalıyıq. Ola bilməz ki, o, buralarda hər hansı bir iz buraxmasın.

Heç olmasa dağdağan yığdığınız yerdə yadınızda bir şey qalıbmı?  Kapitan Seyfullayev uşaqlardan soruşdu.  Meşə qalın idi, seyrəkdi? Ağaclar hündür idi, yoxsa alçaqdı?

Ağaclar alçaq idi və seyrəklikdi. Dağdağan ağacları çox idi, amma hər ağacda meyvə yoxuydu.  deyə Habil cavab verdi.

Aydındır! Getdik.  Kapitan Seyfullayev komanda verdikdən sonra dəstə hərəkətə keçdi.

On-on beş dəqiqə olardı ki, axtarış başlamışdı. Kapitan Seyfullayevin arxasınca gedən Habil tanış ərazi görüb dilləndi.

Oraydı.  Əli ilə qarşıdakı təpənin ətəyini göstərdi. Sonra yaxınlaşıb qarşıdakı kolun yanına düşmüş dəsmalı qaldırdı.  Biz orada dağdağan yığırdıq. Bu da mənim əl dəsmalımdır. Əlimi cibimdən çıxardanda düşüb.

Bəs mağara hansı tərəfdədir?  Kapitan Seyfullayev xüsusi maraqla soruşdu.

Elə ki, yağış yağmağa başladı, onda hələ qaranlıq düşməmişdi, biz sıldırım qayalığa doğru getdik ki, böyük daşlardan birinin dibində gizlənib yağışdan qorunaq.  Habil danışır və əli ilə oraları göstərirdi.  Bir az getmişdik ki, Kor Miseyibin tələsə-tələsə sıldırım qayalığa tərəf yüyürdüyünü gördük. Çağırmağa qorxsaq da, onun arxasınca yollandıq. Əyilə-əyilə boz daşın dibindəki mağaraya girdiyini görüb dayandıq. Sonra daha irəli getməyib elə buradakı daşların dibində gizləndik ki, islanmayaq.

Kor Miseyibin haradan gəldiyini görmədiniz?

Yox. Biz onu qəflətən gördük, onda da mağaranın yaxınlığındaydı. Hə, daşın dibində nə qədər uzandığımızı bilmirəm, bir də ayağa qalxdıq ki, yağış kəsib, qaranlıq da düşüb. Ha axtardıqsa, gəldiyimiz yolu tapa bilmədik. Heç özümüz də bilmədik ki, sərhəddin qırağına necə gəlib çıxmışıq.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора