Sədaqət Kərimova - Ağ qəm стр 18.

Шрифт
Фон

 Nə edirsən, burax məni, burax!  deyə çığırdı. Lakin Aydın ona əhəmiyyət vermədən kobudcasına Zərifənin əynindəki paltarları çıxarırdı. Zərifə paltarlarını tutub saxlamağa çalışır, Aydın isə vəhşicəsinə onları çıxarmaqda davam edirdi. Artıq Zərifənin əynində yalnız alt geyimi qalmışdı. O, Aydının qarmaqlarından qurtulmaq üçün var-gücü ilə çalışır, amma gücü çatmırdı. Nəhayət, bütün daxili qəzəbini toplayıb var gücü ilə onun üzünə sillə çəkdi. Aydın elə bil yuxudan ayıldı. Onun əlləri boşaldı. Döşəmədə ayaqlan üstə çömbəlib başını aşağı saldı. Nə etdiyini, necə kobudluğa yol verdiyini sanki in-di anladı. Zərifəyə qarşı necə vəhşilik etdiyini başa düşdü. Heyvani hisslərinin selini başlı-başına buraxdığına görə özünü ittiham etdi.

Zərifə əlləri ilə üzünü tutmuşdu. Təhqir olunmuş, alçalmış adamlar kimi səssizcə ağlayırdı. Bədəni Aydının qarmaqlarından qıpqırmızı idi. Bundan mütəəssir olan Aydın onun çiyinlərini qucaqlayıb öpməyə başladı. Zərifə daha dartınmır, müqavimət göstemirdi, buna onun taqəti qalmamışdı. Yaman yo-rulmuşdu. Bu nəvazişlərdən. Aydının atəşli öpüşlərindən xoşhal olmurdu. Aydının odlu dodaqlan onun hisslərini oyatmırdı. Aydından zəhləsi gedirdi, ona nifrət edirdi, onu dünyalar qədər sevən, yolunda həyatından keçməyə hazır olan bu adamdan o, iyrənirdi.

Birdən belə fikirləşdiyinə görə öz-özündən utandı. Aydına yazığı gəldi. Ayaqlarına yıxılmış bu adam onun yadına Hüseyn Cavidin sözlərini saldı: Siz qadınlar ayaqlarınıza qapananları təhqir edər, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız! Elə bil bu sözlər Zərifə üçün deyilmişdi. O, Aydını qucaqlayıb oxşamaq, öpüşlərinə cavab vermək istədi. Lakin bu, bircə an çəkdi. Onun sarışın saçlarını sığallamaq üçün qaldırdığı əlləri sözünə baxmadı. Hər şey necə də mürəkkəbdir. Sevmədən xəyanət etmək də olmazmış,  deyə fikirləşdi. Onun bura gəlməyi, Aydının hissləri ilə oynamağı böyük səhv idi. Tutduğu işin ağılsızlığını bir daha anladı. Güclə eşidiləcək səslə Aydına dedi:

 Bir də mənə yaxınlaşsan, ömürlük səni dindirməyəcəyəm.

 Sən məni bu halda qoyub gedə bilməzsən.

Aydın kallaşmış səslə, az qala qışqıra-qışqıra dedi. Zərifənin dinmədiyini görüb yalvarıcı nəzərlərlə ona baxdı. Lakin Zərifə onun qan çəkmiş, yadlaşmış gözlərinə baxmırdı. O, heç nə demədən paltarını geyinməyə başladı. Aydın paltan onun əlindən almaq, geyinməyinə mane olmaq istədi.

 Get, mənə su gətir,  Zərifə əmr elədi. Aydın suyu gətirənə kimi Zərifə artıq geyinib yataq otağından çıxmışdı. O, əlləri əsə-əsə suyu içdi. Aydının üzünə baxmadan:

 Qapını aç, gedirəm,  dedi.

 Necə? Gedirsən? Axı gəldiyin heç on dəqiqə deyil.  Aydın təşvişə düşdü. Lakin Zərifənin əməlli-başlı titrədiyini görüb qorxuya düşdü.  Zərif, sənə nə olub? Bir yerin ağrımır ki?  deyə əl-ayağa düşdü. Onun əllərini ovuclarına alanda bumbuz olduğunu görüb həyəcan içində onu divanda oturtdu. Zərifə yalvarış dolu səslə dilləndi:

 Burax məni. Yalvarıram sənə, gözümdən düşmək istəmirsənsə, qapını aç gedim.

 Qorxma, Zərif, daha əlimi sənə toxundurmayacağam. Eləcə otur. Bir az özünə gəl.

Zərifə daha söz demək iqtidarında deyildi. O, başını divana söykəyib gözlərini yumdu. Elə yorulmuşdu ki, ayağa qalxmağa taqəti yox idi. Özünü pis hiss edirdi. Aydın cəld o biri otaqdan adyal gətirdi, onunla Zərifənin üstünü örtdü.

 Vəhşilik etdiyimə görə məni bağışla. Özümdən asılı olmadı. Amma məni də başa düş. Səni yanımda görəndə özümü itirdim, hisslərimi cilovlaya bilmədim.

Aydının pıçıltılı səsi Zərifəyə qətiyyətini qaytardı. O, adyalı üstündən atıb ayağa qalxdı:

 Bu dəqiqə qapını açmasan, sənə ömrüm boyu nifrət edəcəyəm.

 Sənə yalvarıram, ayaqlarına döşənirəm, Zərif!

Aydın doğrudan da onun ayaqları altında yerə döşəndi. Lakin bu hərəkəti Zərifəni daha da hövsələdən çıxardı:

 Alçalma, Aydın, sənə yaraşmır. İstəmirəm ki, alçalasan. Qalx ayağa!

 Demək mənə rəhmin gəlməyəcək, hə?

 Sən bu saat elə haldasan ki, onsuz da heç nəyi başa düşməyəcəksən.  Zərifə qapıya san getdi. Lakin Aydın ona qapını açmağa imkan vermədi. Zərifə boğuq səslə:

 Mənə zərrə qədər hörmət edirsənsə, burax gedim,  dedi.

Aydın daha heç nə demədi. Qapını açıb bir kənarda dayandı. Zərifə özünü bayıra atdı. Azadlığa çıxmış məhbus sevinci ilə qaça-qaça pilləkənləri düşdü. Buradan, onu bu qədər alçatmış, əzmiş, təhqir etmiş bu məkandan bacardıqca tez uzaqlaşmaq istəyirdi. Taksi saxlayıb mindi.

Evə çatanda əl çantasını bir kənara atıb üzüqoylu divana yıxıldı. Xeyli vaxt beləcə uzanılı qaldı. Düşünmək, nəticə çıxarmaq iqtidarında deyildi. Bütün əzaları ağrıyırdı. Aydının kobud barmaqlarının ağrısını, odlu dodaqlarının təmasını bədəninin hər yerində hiss edirdi.

Birdən telefon zəng çaldı. Əvvəl dəstəyi götürmək istəmədi. Amma telefon aramsız olaraq səslənirdi. Nəhayət, əlini dəstəyə uzatdı. Aydın idi:

 Mənəm, Aydın. Eşidirsənmi? Axşama kimi sənə vaxt verirəm. Əgər qayıdıb yanıma gəlməsən, hər şeyi açıb Rəşidə deyəcəyəm.

Elə bil danışan Aydın deyil, hansısa uzaq planetdən gəlmiş yad bir adam idi. Səsi elə soyuq idi ki, Zərifə üşüdü.

 Nə? Nə dedin?  o, qulaqlarına inanmadı.

 Eşitdiyini. Əgər qayıdıb bura gəlməsən, hər şeyi ərinə danışacağam.

 Axı nəyi danışacaqsan? Bizim ki, aramızda heç nə olmayıb.

 Xeyr, olub, sən mənimlə olmusan.

Zərifə eşitdiklərinə inanmadı.

 De, Aydın, nə istəyirsən de.  Zərifə taqətsiz halda dəstəyi yerinə asdı.


* * *


Gecə yarısı qapı zərblə döyüldü. Zərifə diksinib yatağından qalxdı, həyəcandan ürəyi sıxıldı. Qaranlıqda ayaqları ilə başmaqlarını axtardı. Bir tayını ayağına keçirtdi, amma o biri tayını tapa bilmədi. Hirslənib o biri başmağını da soyundu. İşığı yandırmadan qapıya getdi. Açar yerindən kəskin araq iyi onu vurdu. Qapını açıb ərini içəri buraxdı. Rəşidin içkidən qızarmış qəzəbli sifətini görəndə her şeyi anladı: Aydın dediyinə əməl etmişdi. Rəşid salam vermədən, kəlmə kəsmədən otağa keçdi. Zərifə də ürəyi əsə-əsə onun ardınca içəri girdi. Birdən üzündə açılan şillədən müvazinətini saxlaya bilməyib yanındakı stula aşdı, aradan da yerə yıxıldı. Bu, elə ani, elə tez baş verdi ki, Zərifə özünü itirib bir kəlmə söz deyə bilmədi. Rəşid onun yaxasından tutub ayağa qaldırdı, indi də o biri yanağına sillə çəkdi. Sonra isə yumruqlan ilə onun bədəninə ağır zərbələr endirməyə, söyüşlər yağdırmağa başladı. Zərifə ağrıdan qovrulsa da, səsini çıxarmırdı. Qəribə bir inadla, bircə damla göz yaşı axıtmadan bütün bunların nə ilə bitəcəyini gözləyirdi. Onu qəribə bir etinasızlıq, heyrətamiz bir biganəlik bürümüşdü. Daxili sakitliklə, inadcıl təmkinlə bunun nə ilə qurtaracağını gözləyirdi. Hər şeydə olduğu kimi bunda da bir sonluq olmalı idi. Bu sonluq bir saatdanmı, yarım saatdanmı, haçansa gələcəkdi. Bircə səbr etmək lazım idi. Səbr ilə açılar bağlı qapılar,  deyə öz-özünə təlqin edirdi.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора