Sənə nə olub, Zərif? dəyə narahatlıqla soruşdu.
Mənə nə olub? Zərifə təəccüblə soruşdu. Elə soruşdu ki, sanki sualı özünə verirdi. Bir an düşünüb, kədərlə:
Yaz gəlib. Aydın, dedi. Elə dedi ki, sanki yaz girməməli idi, onun gəlişi ilə nə isə xoşagəlməz bir şey baş vermişdi.
Yaz gəlib? Aydın qəribə nəzərlərlə onu süzdü. Sonra isə gülümsədi. Bu ki, əladır!
Baxır kimdən ötrü. Zərifə mənalı tərzdə ona baxdı, daha heç nə deməyib əynindəki ağ xalatı soyunub asılqandan asdı. Sonra isə evə getmək üçün yır-yığış etməyə başladı. Aydın dinməzcə oturub baxışları ilə onu müşayiət edirdi. Nəhayət, Zərifə qapıdan çıxanda onun arxasınca söz atdı:
Yazdan xoşun gəlmir, amma özün yaz havası kimi tez- tez dəyişirsən.
Qapı örtüldü. Zərifə ona cavab vermədi.
* * *
Bu dəfə o, adəti üzrə evə yox, yaxın rəfiqəsi Səbinəgilə yollandı. Uşaqlan bağçadan götürməyə hələ iki saat vaxtı var idi.
Zərifə xala gəlib! Zərifə xala gəlib! Səbinənin qızı Gülnar sevinclə özünü onun üstünə atdı.
Dəhlizdəki səs-küyü eşidib mətbəxdən çıxan Səbinə rəfiqəsinin gəlişindən məmnun oldu. Amma bir azdan Zərifənin pəjmürdə halından, pərişan görkəmindən narahat olub tez Gülnarı öz otağına ötürdü.
Dayan, uşağın gəlinciyi qaldı, deyə Zərifə aldığı hədiyyəni Gülnara verdi, uşağın üzündən öpüb qonaq otağına keçdi. Səbinə soruşdu:
Sənə nə olub? Olmaya Rəşidlə dalaşmısan?
Zərifə başını buladı.
Bəs onda nə olub? Düzünü de.
Bir himə bənd olan Zərifə rəfiqəsinin səmimi narahatlığından kövrəldi. Divanın döşəkcəsinə üzünü sıxıb hönkürdü. Səbinə özünü itirib nə edəcəyini bilmirdi. Nigaranlıq qanşmış həyəcanla, səbirsizliklə Zərifənin haçan toxtayacağını gözləməkdən başqa çarəsi qalmadı. O, Zərifənin saçlarını sığalla-yır, onu sakitləşdirməyə çalışırdı. Nəhayət, Zərifə sakitləşib divanda oturdu.
Tez ol, danış, deyə Səbinə əmr etdi.
Bilsən necə bədbəxtəm!
Nə? Nə dedin? Səbinə heyrətlə ona baxır, eşitdiklərinə inana bilmirdi. Sən nə danışırsan?
Rəşid məni sevmir, Səbinə. Bu sözləri o, xəcalət çəkə- çəkə, utana-utana dilindən çıxardı.
Bunu sənə kim dedi? Hər deyilən sözə inanmaq acizlərin işidir.
Səbinə, mən bilmədiyim şeyi danışmaram, dediklərim həqiqətdir. Rəşid Asya adlı bir qadınla yaşayır.
Səbinə eşitdiyi xəbərdən elə sarsıldı ki, deməyə söz tapa bilmədi. Sonra isə inamsızlıqla:
Ola bilməz! deyə qışqırdı. Amma Zərifənin üzünün ifadəsini görüb qəhərləndi:
Bunu haçan bilmişən?
Üç ildir.
Nə? Üç ildir bilirsən? Heyrətdən Səbinənin gözləri alacalandı. Amma mənə indi deyirsən? Sonra da deyirsən ki, dostuq. Belə dostluq olar?
Zərifənin anqlayıb solğunlaşmış, amma bundan daha da zərifləşmiş sifətinə baxanda onun acığı dərhal soyudu. Üç ildə bu boyda dərdi tək çəkmisən?
Deməli şeydir ki? Zərifənin səsi titrədi. Deyib etiraf etməlisən ki, sənin yerini başqa birisi tutub? Sən artıq sevilmirsən, arzulanmırsan, lazımsız əşya kimi bir şeyə çevrilmisən? Təsəvvür edirsənmi, Səbinə?
Aman Allah, sənin kimi qadını kiminləsə dəyişmək olarmış! Rəşid nəyə görə belə etsin axı? Səbinə heç cür sakitləşə bilmirdi. O Asya dediyin gözəldir?
Səbinə bu sualı elə verdi ki, sanki cavabında yox eşitmək istəyirdi.
Hə.
Cavab onu çətin vəziyyətə saldı:
Yəqin tək yaşayır, eləmi? Səbinənin səsi titrədi.
Elədir.
Onu hardan tapıb?
Bir yerdə işləyirlər.
O da mühəndisdir?
Hə.
Aydın məsələdir. Tək qadındır, yəqin işi-gücü bəzənib- düzənib Rəşidin qabağında fırlanmaqdır. Sənin kimi əyninə köhnə bir xalat keçirib gününü mətbəxdə keçirmir ki! Səbinə ciddi-cəhdlə vəziyyətdən çıxış yolu axtanr, onu doğurmuş şəraiti öyrənməyə çalışırdı. O, dostuna təskinlik vermək istədi:
Bir özün fikirləş də. Kişi üçün hansı qadına yaxınlaşmaq xoşdur? Sənin kimisinə? Səhərdən axşama kimi bişirib-düşürürsən, gecə kişi yanma gələndə isə deyirsən ki, yorulmuşam.
Eh, bəxtəvərlikdən danışırsan. O, heç yanıma gəlir ki? Zərifə qəhərini güclə uddu.
Deməli, onu özünə cəlb edə bilməmisən. Şərt gözəllikdə deyil, əzizim, gərək kişini özünə bağlaya biləsən. Mən sənin kimi gözəl deyiləm. Amma di gəl ki, Asim mənsiz bircə gün də yaşaya bilməz. Qulaq as, bu gündən mənim dediyim kimi edəcəksən
Səbinə nə isə danışırdı, ona məsləhətlər verir, nə isə öyrədirdi. Özü də elə səylə, elə ürəklə öyrədirdi ki, guya bu dərslərdən sonra Rəşid mütləq Zərifəni sevəcəkdi, Asyanı atıb yenidən onun yanma qayıdacaqdı. Zərifə acı-acı güldü. Üç il əvvəl bəlkə də rəfiqəsinin məsləhətlərinə əməl edərdi, amma indi gec idi. Üç il əvvələ kimi hər şey başqa cür idi. Zərifə öz sakit, burulğansız həyatını yaşayırdı. Ev, ailə, övlad qayğılan içində şəxsi səadət, diqqət və məhəbbət kimi anlayışlardan uzaq idi. Öz adi həyat tərzinə öyrəşmişdi. Üç il əvvəl hardansa əsən amansız rüzgar onun rahatlığını pozdu, hər şeyi dəyişdi.
Bir dəfə işdən sonra Aydın ona yaxınlaşdı:
Sənə bir söz deyəcəyəm. Ancaq söz ver ki, onu ürəyinə salmayacaqsan.
Aydının tonu Zərifənin xoşuna gəlmədi. Onun nə isə xoşagəlməz bir şey deyəcəyini başa düşüb səbrlə gözləməyə başladı.
Bax ha, özündən çıxmamalısan. Bu, həyatdır. İnsan hər şeyə hazır olmalıdır.
Onun təmkini Zərifəni hövsələdən çıxardı:
Ürəyimi üzmə, de görüm nə demək istəyirsən?
Mən deməyə də bilərdim. Amma özgələrdən eşitməkdənsə, məndən eşitməyin yaxşıdır.
Zərifə daha özünü saxlaya bilmədi:
Mus-mus deyincə, Mustafa de, daha səbrim daraldı.
Yaxşı, diqqətlə qulaq as. Rəşidin sevdiyi başqa bir qadın var.
Nə? Zərifə qəfil zərbə almış adamlar kimi müvazinətini itirdi. Yıxılmamaq üçün tez stula çökdü. Nə dedin? Rəşidin sevdiyi qadın var? O, var gücü ilə bağırdı. Aydın onun dəhşətdən dəyişmiş sifətini görüb dediyinə peşman oldu. Lakin artıq söz deyilmişdi.
Sən yalan danışırsan! Bizim xoşbəxtliyimizə həsəd apardığına görə bunu uydurmusan. İstəyirsən bu yolla Rəşidi mənim gözümdən salasan.
Aydın bu ittihamlara davam gətirə bilməyib dedi:
Mənin haqqımda nə düşünürsən, öz fikrindir. Amma mən sənə ancaq həqiqəti dedim. Həqiqət isə acı olur. Qadının adı Asyadır, bir yerdə işləyirlər.
Niyə bizim aramızı vurmaq istəyirsən? Zərifənin gözləri yaşla dolu idi. Bunu görəndə Aydın daha heç nə deməyib otağı tərk etdi.
Həmin hadisədən sonra Zərifə bir həftə işə çıxmadı. Bir həftə sonra xəstəxananın pilləkənlərində onunla üz-üzə gələn Aydın Zərifənin soluxmuş bənizini, qəmli gözlərini görəndə: