Когда тебя оставит каждый,
И каждый кинет камень вслед,
Объятый судорожной жаждой
В тебе угаснет прежний свет,
И никуда уже не деться,
И ни к чему любая речь,
И голос матери из детства
Уже не в силах уберечь
Не веря никакому звуку,
Не чуя неба и земли,
Прими мою живую руку,
К тебе простёртую вдали
Bir gün səndən hamı dönsə
Bir gün səndən hamı dönsə,
Desə «Getsin, dalınca daş»,
Qəlbindəki atəş sönsə,
Tənha qalsan, gözündə yaş
Dünya sənə dar gələndə,
Özün də bilmədən nədən
Hamı səni yad biləndə,
Bağrın yarılsa hikkədən
Uzaq qaçsan təsəllidən,
Ögey bilsən hər nəfəsi,
Unudulsa körpəlikdən
Yadda qalan ana səsi
Başın üstən qaçsa səma,
Ayaq altdan qaçsa da yer,
Bil ki, varam, uzatdığım,
Əllərimə əlini ver!
Əllərimə əlini ver!..
Как учит нетленная мудрость веков
Как учит нетленная мудрость веков,
Нельзя никому обижать стариков:
Сегодня ты молод и зол на язык,
А завтра и сам беззащитный старик.
Иным перенять бы у диких зверей
Священный обычай любить матерей
В младенчестве все мы зовёмся детьми,
Дай Бог, и потом оставаться людьми!
Инсан олаг!
«Qocalara hörmət elə!»
Məsəl qalıb aqillərdən.
Bu müdriklik bizə çatıb,
Əsrlərdən, nəsillərdən.
Qocalara hörmət elə,
Kömək eylə, yolun gözlə
Ürəkləri kövrək olur
Gəl incitmə acı sözlə.
Öyünmə ki, sən cavansan,
Fələkdən də «bac» alarsn,
Vaxt ötüşər, zaman keçər,
Axır sən də qocalarsan.
Bəlkə biz də ibrət alaq,
Baxıb vəhşi təbiətə,
Bala, ana arasında
O, müqəddəs məhəbbətə.
Canlıların ünsiyyəti
Heyran edər hər bir kəsi,
Balaların anaları
Sevib, sevmək ənənəsiı.
Çalışaq ki, uşaqlıqdan
Yaşlılara həyan olaq,
Böyüyəndə cəmiyyətə
Biz layiq bir insan olaq!
İnsan olaq!!!
ОЖИДАНИЕ ЧУДА
Вся жизнь ожидание чуда,
Того, что ещё не сбылось,
Но скоро случится повсюду
Внезапно, как русский «авось».
И хлынут хорошие вести,
И всё обойдётся, дружок,
И счастливы будем мы вместе
С тобою глядеть за порог,
Туда, где сбывается чудо
Само по себе, как всегда:
Явившееся ниоткуда,
Не девшееся никуда.
Möcüzə
Bütün həyat ümidlərin əlində,
Gözləyirik, olmayanlar olacaq.
Qəfil gələr möcüzələr, gələndə
Qapımızdan, bacamızdan dolacaq.
Şad xəbərlər qarşısında qaçar şər,
Yaman günün ömrü azdı, şübhəsiz
Darıxma, dost, yaman günlər ötüşər,
Birgə gülüb, sevinərik onda biz.
Sevinc gələr bu məkana, bu elə,
Nur ələnər çölə, düzə, səmaya,
Qədəm qoyaq onda verib əl-ələ,
Möcüzələr baş verdiyi dünyaya.
Möcüzələr yaradacaq yaradan,
Öz-özünə yetişəndə zamanı.
Soruşma ki, axır gəldi haradan?
Çünki olmur möcüzənin ünvanı.
ЮНОСТЬ И СТАРОСТЬ
Под этим небом дымно-голубым
 Я был когда-то дивно молодым.
 Мелодией пронзительно-случайной
 Казался мне весь мир необычайный.
 Но каждый миг без лишних слёз и слов
 Я был легко расстаться с ним готов.
 А ныне, жалкий суетный старик,
 Цепляюсь я за каждый взгляд и миг.
 И понимаю: слаще прежних лет
 На целом свете не было и нет.
Gənclik və qocalıq
Çılğın gəncliyimi salıram yada.
 Göy səma altında, bu gen dünyada,
 Necə də qayğısız bir cavan idim,
 Aləmə, dünyaya mən heyran idim.
 Həzin bir ahəngi vardı zamanın,
 Qədrini bilməzdim onda hər anın.
 Qorxmadan heç nədən, sanki, nə dərdim?
 Göz yaşı tökmədən köçüb gedərdim
 Indi əldən salıb qocalıq məni,
 Düşünüb, anıram olub, kecəni.
 Həyatın mənası nə dərin imiş,
 O, keçən illərim nə şirin imiş.
 Hər baxış, hər bir an mənə təsəlli,
 Tuturam həyatdan indi cüt əlli.
БУМАЖНЫЙ ПАПА
Не лежит на полке шляпа,
 Не включается камин
 «А когда вернётся папа?»
 Вопрошает маму сын.
 На дворе глухая осень.
 По ночам стоит мороз
 Этим каверзным вопросом
 Он довёл её до слёз.
 На ресницах капли влаги,
 В сердце  детский голосок.
 «Сделай папу из бумаги» 
 Попросил её сынок.
 «Ничего, что он  бумажный.
 Мы не скажем никому.
 Он ведь сильный и отважный.
 Я с собой его возьму».
Kağızdan ata
Rəfdə nə papaq var, nə də ki, əlcək,
 Çoxdandı yanmayır buxarı ocaq.
 «Ay ana, bəs atam nə vaxt gələcək?»
 Soruşur anadan bu körpə uşaq.
 Bayırda payızın nəfəsi gəlir,
 Gecələr şaxtalar andırır qışı,
 Nə desin?Ananın qəlbi kövrəlir,
 Boğur qəhər ilə onu göz yaşı
 Sükutu uşağın təkidi pozur:
 «Gəl mənə kağızdan ata düzəldək,
 (Ananın halını o, özü yozur)
 Amma bunu heç kim bilməsin gərək.
 Hər yerdə özümlə gəzdirəcəyəm,
 Onu gəzdirmək də çünki asandır.
 Nə olsun, kağızdan olanda, bəyəm?
 O ki, həm cəsurdur, həm pəhləvandır.»
Можно вызвать врача
Можно вызвать врача, на работу и слуг,
 Можно вызвать такси, на дуэль или дрожь,
 Можно вызвать истерику, смех и испуг,
 Можно вызвать полицию, гнев или дождь,
 Но какие молитвы для них ни готовь:
 Не приходят по вызову Бог и любовь.