Azəri Əli Bəy - Bizi Umudsuz qoyma стр 5.

Шрифт
Фон

Elə demə, onlar mənimlə də mehriban davranırdılar.

Bizdəki kimi ola bilməzlər. Heç bilirsən necə şipşirin tibb bacıları var? Adam sifətlərinə baxanda feyziyab olur, dünyanın dərd-qəmini unudur. Qaymaq kimi, şokalad kimidilər. Bölgənin ən yaraşıqlı qızları bizdə tibb bacılarıdır.

Məzən olsun, ay Yusif həkim. Dünya dağıla, vecinə deyildi. Varam da sənin xoş sifətinə. Allah güldürsün səni.

Xanməmməd həkim də əl çəkmədi.

Yusif həkim gedəndən sonra yerini mənə verib. Umud, onun sözünü qəribçiliyə salma. Düz deyir. Hospitala getməsən də bir-iki gün bizdə qal. Bizim tibb məntəqəsində də şəraitimiz pis deyil. Yulya özü də məndən xahiş elədi ki, səni bir-iki günlüyə saxlayım. Heç bilirsən yazıq qız səndən ötrü necə dəli-divanədir? Adın dilindən düşmür.

Biz sadəcə həmyerliyik, bir rayondanıq.  Umud təəssüflə çiyinlərini çəkdi.

Nə deyirik ki? Elə biz də onu bilirik Bir də Yulyanın burda səndən başqa kimi var?

Kənarda kiməsə tapşırıq verib yola salan mayor Orduxanov yaxınlaşdı. Onun yaxınlaşması ilə başqa zabitlər bir az kənara çəkildilər.

Umud, Yulyanın təklifi haqqında bəlkə yaxşı-yaxşı fikirləşəsən!

Komandir, indi mən heç nə fikirləşə bilmirəm. Tez yola salardınız, evə gedib anamı görmək istəyirəm.

Sən igidsən, döyüşçüsən, dözümlü olmalısan. Lap ana uşağı kimi danışırsan

Bunun ona dəxli yoxdur. Ana anadır

Demək istəyirəm ki, hər kişinin həyatında ona arxa, dayaq duracaq bir qadın olmalıdır. Mən sizin münasibətlərinizə çoxdandır diqqət yetirirdim. Yulyanın sənə qarşı olan hissləri çox safdır. Qızın qəlbini qırma.

Komandir

Sözümü kəsmə! Onun münasibəti həmyerli, bir rayondan olmaq münasibəti deyil, çox-çox yüksəkdədir.

Bizim aramızda sevgi yoxdur.  Umud doluxsundu.  Bir də mən bu halımla onu necə xoşbəxt edə bilərəm.

Həyatda möhkəm, uzunömürlü, pak sevgi-məhəbbət də elə bu cür münasibətlərdən yaranır.

Mayor Orduxanov da doluxsundu. Ay zalım! Ay dilbilməz! Sənə həm də qulluq edəcək Yulya kimi tərbiyəli, savadlı, başıaşağı bir qız lazımdır. Ananın belinə əbədi yük olan deyilsən ki?! Beş-on ildən sonra arvad qocalacaq, onun qulluğunda duracaq birinə ehtiyacı olacaq. Bəs onda necə olacaq?

Ha çalışdı ki, izah etsin, amma özü ilə bacarmadı, hıçqırığını, qəhərini boğazında boğdu. Umudu da doluxsunmuş görüb boynunu qucaqladı.

Düz deyirsən, Umud. Ana anadır. Ana ən müqəddəs varlıqdır.

Mayor Orduxanov!

Hərbi hissə komandirinin içəri otaqdan gələn səsi onları fikirdən ayırdı. Mayor Orduxanov Umudun boynunu buraxıb komandirin yanına getdi.

Umudun sənədləri hazırdır. İndi onu yola sala bilərik. Amma maliyyə xidməti rəisi burda olmadığından pul tapa bilməmişik.

Nə qədər lazımdır?

Yüz şirvan!

Baxım görüm, Rasimlə Ərşad getməyiblərsə, deyim kənddən tapsınlar. Sonra maliyyə rəisi gələndə deyərik qaytarar.

Umud bu sözləri apaydın eşitdi. Yenə də mayor Orduxanov! Cəmi bir neçə yaş bizdən böyükdür, bəlkə də həmyaşıdıq. Hamımızın qayğısına qalırdı. Gör, məni necə qorumaq istəyib. Döyüşə göndərməyib. Sonra sonra sonra da Umud göz yaşlarına hakim kəsilə bilmədi

Hüseynov, bax ha!.. Neçə vaxtdır sənədlər yığışıb qalıb. Apar hamısını bircə-bircə kitaba işlə. Pravadnikliyinə salma.

Mayor Orduxanov hərbi hissə komandirinin otağından çıxandan sonra polkovnik Əliyev kapitan Hüseynova tapşırıq verirdi.

Baş üstə, cənab polkovnik! Axşam sakitcə oturub sənədləri birbəbir kitaba işləyəcəm.

Axşama saxlama, elə indidən get işlə.

İndi alınmaz!

Niyə alınmır?

Gah siz çağırırsınız, gah qərargah rəisi çağırır, gah da müavinlərinizdən hansısa Gündüz işləmək olmur.

Yaxşı, axşam işləyərsən. Al, bunları da götür, gör masanın üstündə, daxılımda neçə qovluq sənəd yığışıb qalıb.

Umudu evlərinə Seyfulla öz maşınında aparmaq istəyirdi. Bir taborda xidmət keçmişdilər, birgə döyüşlərdə olmuşdular. O, dura-dura başqasının aparması, bəlkə də, düzgün çıxmazdı. Hər halda Seyfulla belə düşünürdü. Amma polkovnik Əliyev bunu biləndə razılaşmadı, qəti etirazını bildirdi. Seyfulla adi döyüşçü deyil, indi bölük komandiridir. Bölüyü başsız buraxmaq olmaz, qoy, başqası aparsın! deyə mayor Orduxanova göstəriş verdi.

Çox düşünmədilər. Baş leytenant Nabil Orucovun maşınında yola salmağı qərarlaşdırdılar. Xidmət rəisinin köməkçisi vəzifəsində çalışan Nabil həm etibarlı, təmkinli yoldaş idi, həm də maşını ehtiyatla idarə edirdi, sınanmış adamdı.

Umud maşına mindiriləndə bayaqkı təntənədən əsər-əlamət görmədi. Bir neçə saat əvvəl briqadanın qərargahı sanki bayram təntənəsində qaynayırdı. İndi isə yeyib-içməklərinə, əhvallarının xoş və yüksək olmalarına baxmayaraq, hər kəs öz işinin dalınca qaçırdı.

Gələndə elə qarşıladılar ki, elə bil qəhrəmanı qarşılayırdılar. Gedəndə də, sanki, lazımsız bir adamdan canlarını qurtarırlar. Yaxşı ki, bu mayor Orduxanov var Yoxsa, indi Allah bilir bəlkə avtobusla yola salacaqdılar bəlkə heç eh, nə bilim e Umud düşüncələr içində ikən mayor Orduxanov yaxınlaşdı.

Umud, sənə yaxşı yol Get, istirahətini elə Polkovnik Əliyev tapşırıb, sənədlərini rayonunuza göndərəcəklər. Orda sənə təqaüd kəsiləcək bir də özün başa düşürsən atəşkəs olsa da müharibə müharibədir İmkan düşdükcə, səninlə əlaqə saxlayacağıq darıxmağa qoymayacağıq Bayaqdan az qala qırıq-qırıq danışan mayor duruş gətirə bilmədi, sarsıldı, tez də özünü düzəltdi.  Mənim nəsə deməyim yersizdir Özün hər şeyi başa düşürsən Kalyaska məsələsini də rayonda həll etməlidirlər Yəqin ki, belə vəziyyətdə sən tək deyilsən Növbəyə yazarlar vaxtın çatanda səni də təmin edərlər Di yaxşı yol Mayor Umudun boynunu qucaqlayıb özünə sıxdı. Əlini üç dəfə kürəyinə vurdu.  Möhkəm ol!

Mayorun Möhkəm ol deməyi Umudu dirçəltdi, o, elə bildi ki, komandiri onu evlərinə yox, yenə də döyüşə göndərir. Axı komandir onları döyüşə göndərəndə həmişə möhkəm ol deyərdi. Aya, günə bir bax!

Mayor Orduxanov üzünü Nabilə tutdu:

Yolçu yolda gərək. Tərpənin ki, qaranlığa düşməyəsiniz. Erkən gedib kəndə çatasınız. Nabil, əvvəlcə maşını tibb məntəqəsinə sür. Xanməmməd həkim nə isə tapşırıq verəcək. Həm də sizə bir tibb təlimatçısı qoşacaq. Yolda köməyi dəyər.

Mayor Orduxanov əmin idi ki, tibb təlimatçısı artıq hazır vəziyyətdə yolda durub onları gözləyir. Bu barədə Xanməmməd həkim zəng vurub xəbər vermişdi. Özü qəsdən elə deyirdi ki, tibb məntəqəsinə dönsünlər. Bəlkə Yulya da Umudla görüşüb vidalaşmaq istəyirdi.

Nabil maşını ehmal-ehmal sürüb qərargahdan aralandı. Kolxozun digər inzibati binası yüz-yüz iyirmi metr aralıda idi. İndi briqadanın tibb məntəqəsi orada yerləşirdi.

Tibb məntəqəsinin qabağına çatan kimi Nabil maşını saxladı. Onlarla gedəcək təlimatçı maşın dayanan kimi qapını açıb oturmaq istədi.

Tələsmə.  Nabil onu saxladı.  Gəl birlikdə içəri keçək. Görək Xanməmməd həkim nə deyir.

Nabil maşından düşdü və tibb təlimatçısı ilə birlikdə içəri keçdilər.

Tibb məntəqəsinin qabağında bir neçə əsgər o tərəf-bu tərəfə gəzişirdilər. Onlar lazaretdə olan yüngül xəstələr və sanitarlar idilər. Maşında oturub onlara göz qoyan Umuda heç fikir də vermədilər. Umud gözlərini gəzdirib qeyri-ixtiyari qapıya zillədi. Elə bu vaxt Yulya çölə çıxdı. Umud gözlərinə inanmadı, sanki bir xəyal idi. O, Yulyaya heç vaxt belə diqqətlə baxmamışdı. Yulya maşına tərəf addımlayırdı, onunla görüşməyə, vidalaşmağa gəlirdi.

Gedirsən?

Maşına yaxınlaşan kimi ilk sualı bu oldu. Yanaqları Quba alması kimi qızarıb pörtmüşdü, gözləri şişmişdi, qan çanağına dönmüşdü, elə bil səhərdən ağlayırmış.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Популярные книги автора