Elə həmin il Moskvanın P.İ.Çaykovski adına Konsert Zalında Müslüm ilk solo konsert proqramı ilə çıxış edir. Artıq müğənni dinləyicilərə o qədər tanış idi ki, onun konsertinə bilet əldə etmək mümkün deyildi.
Bakıya qayıtdıqdan sonra müğənni ansamblın solisti kimi musiqi kollektivləri ilə keçmiş ittifaqın müxtəlif şəhər və vilayətlərinə tez-tez qastrolə səfərləyrinə getməşlayę Onun əməkhaqqı ilə heç bir problemi yaşanmır. Getdikcə artan məşhurluq hər yerdə ansamblın uğur qazanmasını əvvəlcədən təmin edirdi. Alınan məvacib onun ailə problemlərini həll etmək üçün kifayət edirdi. Lakin başqa bir tərəfdən qastrol səfərləri ailə-məişət məsələsində ciddi çatışmazlıqlar, problemlər gundəmə gətirirdi. Hər şey yavaş-yavaş nəzarətdən, öz məcrasından çıxmağa başlayırdı:
Müslüm xatirə kitabında yazırdı: Ansambl ilə biz ittifaqın müxtəlif şəhərlərinə, hətta, kurortlara gedirdik. Hər yerdə müvəffəqiyyət bizi gozləyirdi. Qastrol səfərlərinin başgicəlləndirici uğuru məni ailə-məişət məsələlərindən uzaq salırdı. Artıq səfərlərdən evə qayıtmaq istəmirdim, ədəbli, əxlaqlı, nəzakətli ailə başçısı rolunda isə çıxış etməyə şəxsi xüsusiyyətim imkan vemirdi.
Söhbətin bu yerində reallıqdan çıxış edərək, Müslümün söylədiyi ədəbli, əxlaqlı, nəzakətli ailə başçısı rolunda çıxış etməyimə şəxsi xüsusiyyətim imkan vermirdi fikrini, məşhurluq başımı xarab etmişdi, şəxsi iradəm isə bunun üçün yetərli deyildi cümləsi ilə əvəzləyə bilərik. Fikrimcə, bu, daha dolğun və daha haqlı olardı.
1963-cü ilin mart ayında mətbuat orqanlarının səhifələrində, Azərbaycandan gələn artistlərin möhtəşəm çıxışı haqqında Sovet İttifaqı Teleqraf Agentliyinın (SİTA-nın) xüsusi informasiyası yerləşdirilir. Həmin informasiyada deyilirdi:
Ən böyük, -demək olar ki, -fövqəladə uğur Müslüm Maqomayevə qismət oldu. Onun təkrarolunmaz vokal keyfiyyətləri, parlaq texnikası bunları deməyə əsas verir. Əminliklə qeyd etmək olar ki, operaya çox istedadlı, qabiliyyətli, zəkalı gənc artist gəlir.
Həmin zaman mərkəzi mətbuat həmyerlimizin çıxışına çox fəal və effektiv reaksiya gostərirdi. Maraqlı idi ki, böyük həvəs, coşqu və fərəhlə müğənninin ifasını təhlil edən Qurultaylar Sarayının biletsatanları konsert proqramlarının üzərinə öz fikir, rəy və resenziyalarını bu cür yazırdılar:
Biz biletsatanlar möhtəşəm zalda sizin uğurunuza, tamaşaçıların sevinc və fərəhinə çox sevinirik və şadlanırıq. Ümid edirik ki, sizin və sizin Fiqaronun səsini bir də bizim səhnədə eşidəcəyik. Böyük gəmiyə-böyük ugurlar.
Bununla da, Moskvada keçirilən Azərbaycan dekadasına, sözün böyük və həqiqi mənasında, yaxşı və iri bir əla yazmaq və ya nöqtə qoymaq olardı. Lakin bunun Müslümə heç bir dəxli yox idi. Çünki müğənninin zəfər yolu indən sonra başlayırdı. Bu cür, əks-sədadan, təəssüratdan sonra paytaxt Moskvanın Müslümü Azərbaycana buraxacağı bir o qədər real görünmürdü. Çünki Maqomayev artıq Moskvanı, moskvalıları, daha doğrusu, Kremli öz ecazkar səsi ilə məftun etmişdi. Məhz, dekadadan sonra ona ilk və davamlı təkliflər gəlməyə başladı.
Bundan sonra həyat öz axarı ilə gedir, müğənni tez-tez nəyi isə birinci etməli olur: SSRİ-də yeganə və məşhur olan Melodiya firmasının studiyasında simfonik orkestrin müşayiəti ilə opera ariyaları yazılmağa başlayır. Həmişə oldugu kimi orkestrə mayestro Niyazi rəhbərlik edirdi. İlk dəfə olaraq səs rejissoru V.Babuşkinin nəzarəti ilə rəqəmsal yazı metodu həyata keçirilir.
Artıq həmin ilin payızında, daha dəqiq demiş olsaq, noyabr ayının 10-da çoxsaylı Müslüm sevərlər Moskva filarmoniyasına axışırlar. Müğənniyə yalnız sonra məlum olur ki, onun konsertinə baxmaq istəyənlərin sayı həddindən çox olduğu üçün pərəstişkarlar vestibülün giriş qapısını yerindənıxartmlar. Tamaşaçıların çox olduğunu Müslüm səhnədə mahnı oxuyarkən hiss edir. O, görür ki, zalda anşlaqdır , keçidlər doludu , musiqisevərlər ayaq üstə onu dinləyir və alqışlayırlar. Bundan böyük zövq alan müğənni belə bir anşlağın olacağını, təsəvvürünə, belə, gətirə bilməzdi.
Bu məqamda, tarixi bir faktı qeyd etməsəm Müslümün ruhu məni bağışlamaz. Konsertin proqramında Bax, Gendel, Motsart, Rossini, Şubert, Çaykovski, Raxmaninovun və Hacıbəylinin cəmisi 16 əsəri oxunmalı idi. Ancaq müğənni onların sayını 23-ə qədər qaldıra bilir. Əgər belə demək mümkünsə, Müslümün çox sevdiyi fantastika janrı, məhz səhnədə öz real təzahürünü tapır. Bu, fikiri söyləməklə, yanlışlığa yol vermiş olmaram, əksinə, həqiqəti təsdiq edərəm. Hələ bunlar azmış kimi müğənni nəzərdə tutulmayan üçüncü hissədə, italiyan və müasir estrada mahnıları ifa etməyə başlayır. Baxmayaraq ki, texniki xidmət səhnənin işıqlarını söndürmüşdü, ancaq pərəstişkarlardan ibarət böyük kütlə, avantüra zalı tərk etmək istəmirdi. Bax, elə bu zaman Müslüm royalın arxasında əyləşir və estrada başlayır: Come prima, Guarda che Luna, tvist, Andriano Çelentano, İyirmi dörd min öpüş və s. mahnılar bir-birini əvəz edir.
Bu, konsert, həm də Müslüm üçün bir vizit vəsiqəsi rolunu oynayır. O, sonrakı konsertlərini, məhz bu, formada qurur: klassik əsərlər və estrada mahnıları Onun təşəbbüsü ilə simfonik orkestrə gitara, zərb alətləri və bas əlavə olunur. Bununla da simfonik orkestr, estrada-simfonik orkestrinə çevrilir. Öz tələbkarlığı ilə seçilən K.İ.Şuljenko Müslümlə bağlı xatirələrində yazırdı:
Necə ki, Müslüm Maqomayev zühur edib, bir hadisə oldu. O, bir baş bütün gənclərdən yüksəkdə dururdu. O, dəlicəsinə hamının xoşuna gəlirdi.
Elə həmin gün Müslüm hiss etdi ki, artıq şübhələr arxada qalıbdı və o, heç vaxt gənclik ürəksizliyinə, ağciyərliyinə, cəsarətsizliyinə, inamsıyazlığcana qayıdmayacaqdır. Müğənni üçün uğurlu hesab olunan 1963-cü ilin sonunda onu Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Ballet teatrına soloist kimi qəbul edirlər. Eyni zamanda, Müslüm estrada konsert proqramları ilə müxtəlif şəhərlərin konsert salonlarında çıxışlar etməyə başlayır.
Bəstəkar, pianoçu, müğənninin zəhmətsevər olması onun həyatının əsas mənası, əsas qayəsi olur. O, hər şeyi yaxşı, yalnız yaxşı yerinə yetirməyi xoşlayırdı. Yarım əsrlik səhnə həyatında Maqomayev opera, estrada, müzikl, kino, tamaşa, birsözlə, incəsənətin hansı yerində olmasından asılı olmayaraq bir amala, bir məsləkə xidmət göstərirdi tamaşaçını aldatmamağa və bununla da onu sevənlərə xalis sənət nümayiş etdirməyə. Bütün bunlar səhnə arxası və ya səhnəyə qədər sərf olunan zaman kəsiyi idi və böyük zəhmət hesabına başa gəlirdi.
Onun violonçelist-professor Anşeloviç ilə keçirdiyi saatlar, ondan aldığı dərs, dəyərli məsləhət və tövsiyyələr hədər getmədi. Əmək və zəhmət, üstəgəl istedad və zəka, üstəgəl peşəkarlıq və pedaqoqluq, üstəgəl böyük və mərhəmətli ürək Sadaladığım bu müsbət və yüksək keyfiyyətlər Müslümlə professor Vladimir Sezaryeviç Anşeloviçdə birləşirdi, vəhdət təşkil edirdi və gələcək intibaha yeni yol açırdı. O, yazırdı: Mən vokalın əsası hesab olunan texniki ilməyin öhdəsindən gəlməyi öyrəndim. Viktoriya romansında vokalın etüd və qammasını olduqca təmiz oxudum. Vladimir Sezaryeviçin məşğələlərində aldığım təcrübə məqamında, sonralar Seviliya bərbəri operasında Fiqaro partiyasının üzərində işləyəndə gördüm ki, qamma və başqa bər -bəzəklər, saysız-hesabsız, həmçinin, kifayət qədər çoxdu. Müəllimimdən aldığım məsləhət əməlli-başlı işimə yaradı. İtaliyada təcrübə keçdikdən sonra Nazim Rzayevin rəhbərliyi altında Azərbaycan Dövlət Kamera orkestri ilə XVI-XVIII əsr bəstəkarlarının qədim mahnılarıɱna bütövazr ırdık (val, lördıd )