Джейран Вейдаддиновна Пиралиева - Müslüm Maqomayev: Musiqidə bir zirvə Monoqrafiya стр 24.

Шрифт
Фон

       Belə Əgər sən demək istəyirsənsə mən milliyyətçə çeçenəm, bunu mən böyük inamla təsdiqləyə bilmərəm, çünki özüm düzünü bilmirəm. Ancaq dəqiq bilirəm ki, mənim vətənim Azərbaycandı, mən orda doğulmuşam. Bu , torpaq məni bəsləyib, tərbiyə edib. Bakıda mən təhsil almışam, şükürlər olsun ki, mən indi varam.

       Mahmud Esambayev Müslümlə olan bu söhbətindən sonra bir müddət ondan incik, küsülü düşsə də, bu çox çəkmir. Zəmanənin böyük müğənnisi və rəqs ustası tezliklə barışırlar və onların dostluğu bərpa olunur. Ancaq çox təəssüflər olsun ki, Müslüm Mahmud Esambayevə dağlı Şamil haqqında bildiyi əfsanəni danışmır. Bəlkə, bundan sonra etnik mənsubiyyət baxımından Esambayevin özündə də müəyən fikir ayrılığı yarana bilərdi.

       Çeçenistandan gələn yeni jurnalist-dostlarının danışığına və vədlərinə inanan Müslüm həyat yoldaşı Ofeliya xanım ilə birlikdə Qroznı şəhərinə gəlirlər və yerli filarmoniyada işə başlayırlar. Bu zaman, Müslümün əmisi Camal dövləti işlə bağlı yeni təyinat alır. Cəmaləddin Maqomayevi Azərbaycanın Rusiyada daimi nümayəndəsi təyin edirlər. O, Moskvaya getməli və Bakıdakı mənzilini dövlətə qaytarmalı olur. Müslüm geniş və rahat mənzili dövlətə qaytarmaq istəyən əmisi Cəmaləddin haqqında ironiyasız deyirdi:

        Sədaqətli və vicdanlı kommunist idi!

       Xalq arasında belə bir deyim var ki, mütəəssir, həssas insanlar özlərinin erkən həyatını çox kiçik yaşlarından yadlarında saxlayırlar. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu xüsusiyyət hər kəsə nəsib olmur. Çünki bunun özündə, bir bəxt, bir tale, bir qanunauyğunluq yaşanır, hökm sürür, görsənir. Bu, nöqteyi-nəzərdən Müslümü tez təsirlənən, ürəyi yumşaq, həssas insanlar qrupuna aid etmək olar. Müğənni həyatda sübut etdi ki, həqiqətən o, gözü tox, qəlbi incə, daima kömək əli uzadan, heç kimin xətrinə dəyməyən, tez inciyən, nazikürək birsi Allah bolubndə. Məhz, buna görə də, müslün erkən yaş dövrünə, ümumiyyyyətlə, uşaqlıq illərinə səyahət etmək, olduqca maraqlın üstünə şın və aydınlıq gətir.

       O deyirdi: Bilmirəm, bəlkə mən o qədər sentimentalam ki, erkən həyat tərzim, onu yadda saxlamağım haqqında danışıram. Mənim ilk duyğularımdan biri: küçə ilə birlikdə getdiyim dayə Qrunya xalanın yumşaq və isti əlləri olubdu. Uşağın dayə ilə gəzintiyə çıxması, həm yaxşı, həm də rahat olur. Bir dəfə, mən Qrunya xala ilə şəhərə gəzməyə çıxdım. Evdən buraxılmağımdan istifadə edən qarı məni kilsəyə apardı. İndiyə kimi titrəyən şamlar, təmtəraqlı pravoslav kilsəsi, yanan büxurun iyi yadımdan çıxmayıbdı. Sonralar mən mümkün ola bilən müxtəlif konfekssiya, ayin və mərasimlərin şahidi oldum. Ancaq rus kilsəsi həmişəlik yaddaşımda nağıl teremi kimi əbədi olaraq qaldı.

       Uşaqlıq illəri ilə bağlı Müslümün söylədiyi bəzi fikirləri bütün uşaqlara şamil etmək olar. Onlara elə gəlir ki, uşaqlıq illərini olduğu kimi xatırlaya bilirlər, amma həqiqətdə bu heç də belə deyil. Onların özləri haqqında danışdıqları sadə təxəyyülün məhsuludu, çünki beyinin özünün yadda saxlama, daha doğrusu, yada yazma prinsipləri mövcuddu və bu elm ilm ilsübdi. Ancaq Müslüm kimi iti zəkaya, phenomenal yaddaşa malik olan insanlar bu nöqteyi-nəzərdən, istisna təşkil edə bilərlər. Bu, yadda saxlamanı uşaqlıq dövrünün ilkin və ya orta mərhələsi kimi də qəbul etmək olar. Ushağa nağılların danışılması ilə, uşağın nağılları özünün oxuması arasında əməlli-başlı, xeyli zaman dayanır. Lakin burda, Müslümlə tamamilə razılaşmamaq qeyri-mümkündü. Onun fəlsəfi yaddaşa malik olması heç kim üçün sirr deyil. Bunu, həm də onun əzbərdən bildiyi və müxtəlif dillərdə səsləndirdiyi opera, ariya, operetta və çoxsaylı neopolitan, estrada və bəstəkar mahnıları sübut edir. O ki, qaldı dahi insanın uşaqlıq illərinə, burda çox xoş məqamlar, möcüzələr gizlənir. Odur ki, kiçik bir xatirəyə müraciət etmək, məncə, yerinə düşər. Müslüm yazırdı:

        Gecələr dayə Qrunya mənə nağıl danışardı. Xoş məramlı, mərhəmətli, ürəyə yatan xalq nağılları. Sonralar mən oxumağı öyrəndim və Puşkinin nağıllarını oxudum. Puşkinin dayəsi Arina Rodionovna haqqında bildim. Nağıla olan məhəbbətim bugün də mövcuddu. Mən, Disneyin bütün filmlərini toplamışam. Ushaqlıq marağım yetkinlik yaşında artıq fantastikaya çevrildi. Axı, fantastika özü də nağıldı.

       Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq Müslümlə bağlı bir çox maraqlı hadisələrin canlı iştirakçısı olarıq. Onun, babası Əbdül-Müslümdən yadigar qalan musiqi alətləri, əsasən də, skripka ilə olan rəftarı, nənəsi Baydagül xanımın sandığını açmaq istəməsi, onu tokla qorxutması, əmisi Cəmaləddinin xidməti tapançasını dolabdan götürüb məktəbə aparması, musiqi müəlliməsinin çantasından araq şüşəsini çıxartması və başqa bu kimi macəraları və ya minyətürvari hekayələri hər kəs üçün xoş bir xatirə, müğənninin uşaqlıq dövrünə kiçik bir səyahət kimi qəbul oluna bilər. O yazırdı:

        Babamdan klarnet və skripka miras qalmışdı. Doğmalarım əvvəlcə mənim skripkada ifa etməyimi istəyirdilər. Mən, onda bildim ki, musiqinin sirlərini yenicə öyrənmək istəyən uşaq üçün skripka nə deməkdi. Skripka royal deyil ki, istədiyin toxmacığı və ya dili sıxasan, o da sənə səs versin. Skripkadan canlı səs əldə etmək üçün nə isə xüsusi hərəkət etməyi bacarmaq lazımdı. Əks halda yayı telə çəkməklə, sanki, mıxı şüşəyə sürtməkdən də, pis səs almaq olar.

       Əgər, Müslüm Maqomayevin şəxsi etirafına arxalansaq, tam əminliklə onun uşaqlıq illərində sakit təbiətli olmadığını söyləyə bilərik. Mən, bunları onun babasından yadigar qalan skripkanın başına gətirdiyi oyunlarda, texniki oyuncaqları sındırmasında, həmçinin, bir çox başqa hərəkətlərində müşahidə etc. Atalar məsəlinə və yaşlıların dediklərinə istinad edərək belə bir qərara gəlmək olar ki, adətən dəcəl, nadinc və şuluq uşaqlar yaşa dolduqca pis vərdişlərini dəyişir, daha inamlı, daha bacarıqlı və daha istedadlı görünürlər. Görəsən müğənninin bu məsələyə münasibəti necə idi?

       O, yazırdı: Yaxşı yadımdadı , hər elektrik-texniki xoşa gəlməyən iş üstündə məni yamanca danlayırdılar. Nənəm mənzildə hər hansı bir şeyi götürməyə cürət etmirdi, qorxurdu, elə bilirdi ki, mən nəyi isə düzgün birləşdirməmişəm, birdən onu tok vurar. Bir dəfə, məhz belə oldu. Bu, nənəmin metal çarpayıya toxunması zamanı baş verdi Mənim uşaq marağımdan irəli gələrək skripka çox zərər çəkdi. Mən, ondan səs çığartmağa çalışırdım: qərara aldım ki, onun içinə baxım, görüm orda nə var, niyə skripka səs çıxarmaq istəmir?.

       Müslümün Baydagül xanımın bəzəkli sandığı ilə bağlı maraqlı epizodu xatirələr kitabında işıqlandırması mənim çox xoşuma gəldi. Yəqin yaşca böyük insanlar mənimlə tamamilə razılaşarlar ki, vaxtılə hər bir azərbaycanlı ailəsində bəzəkli sandıq tapmaq mümkün idi. Məhz, məni güldürən, həm nənəmin, həm də Sözsüz ki, bu xatirələri təzələyən mülayım, o cümlədən doğma gülüş idi. Həmin sandıqlar nənələrimizin həyatında mühüm rol oynayırdı. Ən yaxşı və qiymətli əşyaları onlar ömürlərinin sonuna qədər həmin sandıqlarda qoruyub saxlayırdılar. Görəsən Müslümün nənəsi Baydagül xanım həmin güllü sandıqda hansı qiymətli və onun üçün əziz olan əşyaları qoruyub saxlayırdı?

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Похожие книги