Джейран Вейдаддиновна Пиралиева - Müslüm Maqomayev: Musiqidə bir zirvə Monoqrafiya стр 16.

Шрифт
Фон

Müğənninin repertuarında zəmanəsinin ən çətin, çox əmək tələb edən möhtəşəm operaları: S.S.Prokofyevin , P.İ.Çaykovskinin , M.De Falyanın və başqa bəstəkarların opera, ariya və romansları, həmçinin, orqanın müşayiəti ilə qədim sənətkarların əsərləri yer alırdı. Tamaşaçı auditoriyasını cəlb edən məqamlardan biri ondan ibarət idi ki, Tamara xanım həyat yoldaşı Müslüm Maqomayev ilə bi rgə duet formasında dinləyicilərə biri-birindən gözəl, əsrarəngiz, təkrarolunmaz musiqi nömrələri bəxs edir və onların könlünü, sanki, ovsunlayırdılar. T.Sinyavskayanın tanınmış musiqiçi E.F.Svetlanov , həmçinin, bir çox başqa məşhur və görkəmli dirijorlarla çıxışı, o cümlədən Rikkardo Şayi və Valeriy Qerqiyevlə səmərəli əməkdaşlığı yaxşı nəticələr verirdi.

Həyat elə gətirir ki, Müslüm Maqomayevlə tanışlıqdan sonra Tamara Sinyavskaya İtaliyanın Milan şəhərinə, məşhur La Skala teatrına təcrübə keçməyə gedir. O, haricdə çoxlu çıxışlar edir və daha da püxtələşir. Onun repertuarında olan bir çox əsərlər, məsələn: Paris şəhərində Rimskoqo-Korsakovun Snequroçka (Qar gəlini) əsərində Lel , Türkiyədə Cüzeppe Verdinin Trubadur və Bal-ziyafət operalarında müvafiq olaraq Azucena və Ulrika , həmçinin, Almaniyada böyük müvəffəqiyyətlə Rixard Vaqnerin Karmen əsərini mükəmməl oxuyur. O, Avstriyanın paytaxtı Vena Dövlət Opera teatrında S.S.Prokofyevin Hərb və sülh operasında Axrosimovanın partiyasında iştirak edir.

"La Skala" Bu, tanışlıq Moskva şəhərində bir neçə görüşlə yekunlaşır və məsələ məhəbbət məcəralarına qədər gedib çatmır, romantika yaşanmır. Ancaq qeyd etmək lazımdı ki, Bakı tanışlığına kimi tale onları bir neçə dəfə yaradıcılıq yollarında, o cümlədən müxtəlif konsert meydançalarında üz-üzmishmə gə. Lakin cütlük bu zaman kəsiyinə qədər bir-biri ilə kifayət edəcək qədər yaxından tanış deyildilər. Ötəri və ya yaradıcılıq tanışlığı 3 oktyabr 1972-ci ilə qədər davam edir. Həmin zaman Böyük teatrın bir qrup artisti Bakıda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti və incəsənəti günlərində iştirak etmək üçün paytaxtımıza gəlirlər. Yevgeni Nesterenko, Nina Fomina, Yevgeni Raykov, Kirill Kondraşin, həmçinin, gənc Tamara Sinyavskaya da yer alırdı.

Azərbaycanın görkəmli və tanınmış bəstəkarı, Müslümün babasının adını daşıyan filarmoniyada bizi bir-birimizə təqdim etdilər. Əgər səhv etmirəmsə bu, şair Robert Rojdestvenski və onun həyat yoldaşı Alla xanım idi. O, mənə əlini uzatdı və çox utancaq, küt nəzərlə baxaraq dedi:

Müslüm!

Bu, mənə gülməli gəldi, birincisi ona görə ki, biz artıq tanış idik. İkincisi, artıq onu tanıyırdılar, sadəcə olaraq tanımırdılar, təzim edirdilər, salamlaşırdılar və buna çox sevinirdilər, -deyərək, -Tamara xanım xatirələrini bölüşür.

1973-cü ilin yanvar ayının ortalarında Sinyavskayanın Milana təcrübə keçməyə getməsindən sonra Müslümün telefon zəngləri ara vermək bilmir və o, mütəmadi olaraq Tamara xanımla rabitə yaradır, ürək sözlərini bölüşür. Bu, barədə Tamara xanımın xatirələri çox maraqlı, həm də çox ürək açandı. O, deyir: Maqomayev ozünəməxsus şəkildə məhəbbətini anlatmağa çalışırdı. Həmin məqam o, proiqrıvatelə zamana uyğun gələn melodiyanın valını qoyurdu. Ona həmin priyomla cavab verirdim. Mən də, fonetikamda olan vallardan birini proiqrivatelə qoyurdum.

Həmin zaman kəsiyi ərzində Tamara Sinyavskanın təcrübə müddəti bir il yarım davam edir. Bu, müddət ərzində Tamara ərindən boşanır, müstəqil və sərbəst xanım olur. Ancaq o, Müslüm Maqomayevlə nigah əlaqələrini rəsmiləşdirib qeydiyyatdan keçməyə tələsmir. Bu, o vaxta qədər davam edir ki, onların ümumi tanışlarından birinin səbr kasası tükənir və o, gənclərin pasportlarını alıb onları nigah şöbəsinə aparır. Elə həmin gün, paytaxt restoranlarından birində yüz nəfərin iştirakı ilə toy mərasimi təşkil olunur. Bundan başqa, bu xəbəri eşidən üç yüz adamdan çox kütlə restoranın ətrafına yığışır və çox mehribancasına Maqomayevdən sevimli mahnılarını istəyirlər. Belə bir gündə müğənni əzabkeşlərini, pərəstişkarlarını intizarda qoya bilməzdi. O, restoranın açıq pəncərəsindən onlar üçün yarım saat mahni ifa edir. Deyilənlərə rəğmən, bundan sonra Müslüm düz üç ay bronxitlə gəzir. Əlbəttə ki, şaxtalı yanvar ayı, açıq pəncərə, kəskin hava cərəyanı, bir qədər qəbul olunan alkoqolun təsiri bronxit üçün kifayət edərdi.

Səs-küylü Moskva qonaqlığından sonra cütlük toy səyahətinə çıxır və adaxlının vətəninə, Bakıya gəlirlər. Burda Tamaranı yalnız adi gəlin qiyafəsində yox, özü də bütün Azərbaycanın gəlini qiyafəsində qəbul edirlər. O zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev idi. Birinci katib təzə evlənənləri bağında qəbul edir və onların şərəfinə təntənəli ziyafət keçirir.

Həmin anları yaxşı xatırlayan Müslüm deyirdi: Mənim yaxşı yadımdadı, Tamaranı birinci dəfə nə vaxt görmüşəm Televizorda görmüşəm Biz dostlarımızla axşım qonaqlı. Onu ekranda gördüm və həmən qonaqlıqda iştirak edənlərə dedim: bax bu, həqiqi motso-sopranodu! Ümumiyyətlə, mən qadın səsinin çox da böyük pərəstişkarı deyiləm. Çünki qadın nə vaxt ki, yuxarı nota qalıxır, çox təsadüf hallarda onu axıra kimi tamamlaya bilir

T.Sinyavskaya ənənəvi böyük rus vokal məktəbinin N.A.Obuxova, M.P.Maksako və kimi məşhur mezzo-soprano səs sahiblərinin görkəmli nümayəndəsi və davamçısı idi.

Onun çox böyük diapazona, məxməri tembrə, bütün reqistrlərdə işləyən nəcib, qüvvətli, bərabər səsə malik olması mənə imkan verir ki, onu nadir, tayı-bərabəri olmayan, həqiqi rus kontraltosu hesab edim. Müğənninin yüksək ifaçılıq qabiliyyəti, yüksək musiqi mədəniyyəti, məharətli, mahiranə, virtuoz texnikası, parlaq səhnə manerası, temperamenti onun başqalarından olduqca kəskin formada seçilməsinə, həmçinin, fərqlənməsinə imkan verirdi. Tamara xanım Çarın gəlini operasında yaratdığı Lyubaşa obrazı müğənninin yaradıcılığının həqiqi zirvəsi hesab oluna bilər.

T.İ.Sinyavskaya 2005-ci ildən Moskva Dövlət Teatr İncəsənəti İnstitutunun vokal kafedrasının müdiri və professoru vəzifələrində fəaliyyət göstərmişdi. Bir çox orden və medallarla təltif olunan Tamara xanım ictimai və dövlət işlərindən də kənarda qalmırdı. O, 1984-cü ildə SSRİ Ali Sovetinin 11-ci çağırışının deputatı olmuşdu. Eyni zamanda, SSRİ, Rusiya və Azərbaycanın fəxri adları və ordenləri ilə təltif edilmişdi: Onun kolleksiyasında Qırmızı Əmək Bayrağı ordeni (1971), Rusiyanın Əməkdar artisti (1973), Xalq artisti (1976), Şərəf nişanı ordeni (1980) , SSRİ Xalq artisti (1982), Azərbaycanın Xalq artisti (2002), Azərbaycanın Şöhrət ordeni (2003), Vətən qarşısında xidmətlərinə görə ordeni: IV dərəcə (2006) , Azərbaycanın Dostluq ordeni (2013) və s. təltiflər var idi.

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3

Похожие книги