Ayşət xanımın rəfiqələrinin dediklərində bir həqiqət, bi reallıq var idi. Beləki, Cənubi Qazağıstan, Çimkend Rus Dram Teatrının bədii rəhbərlərindən biri İqor Verbitiski Ayşət xanımla bağlı xatirələrini bölüşərkən demişdi:
Mənə müyəssər oldu ki, bir neçə tamaşada Ayşət Əhməd qızı ilə tərəf müqabili kimi çıxış etdim. Birinci dəfə bu, 1980-ci ildə baş tutdu. Onda mənim 17 yaşım var idi, teatra yenicə gəlmişdim. Tamaşaya əfsanəvi Qara qızılgül qoyulurdu. Belə oldu ki, (tamaşada: -C.P.) Bibinin oğlu Nadir rolunu oynayan aktyor Daşkəndə sesiyaya getdi. Onun yerinə məni qoşdular. Mənim rolum qısa, amma həyatımda birinci epizod idi. Onda ilk dəfə onunla (Ayşət xanımla: -C.P.) səhnədə ünsiyyət qurmaq mənə müyəssər oldu. Həmin vaxt Müslüm bütün ittifaqda şöhrət qazanmışdı, onu tanımayan tapılmazdı. Kuluarlarda və səhnə arxasında hamı bir-birinin qulağına sakitcə pıçıldayırdı:
Ayşət Maqomayeva!
Artıq neçənci teatr əməkdaşıdı ki, Ayşət xanım haqqında, onun istedadı və yaratdığı obrazlar haqqında ürək dolusu danışır və xoş sözlər deyir. Ancaq çox təəssüflər olsun ki, dramatik rolların mahir ifaçısı həyatın ona bəxş etdiyi həqiqi Ana obrazını oynaya bilmədi, daha doğrusu, onun öhdəsindən gələ bilmə.
Həmin illərdə Müslüm Maqomayevi, nəinki keçmiş SSRİ-də, hətta, bütün dünyada tanıyırdılar. Bu cür, ecazkar bariton səsə malik müğənnini tanımamağın özü bir qəbahət hesab olunurdu. Lakin ana və oğul arasında olan anlaşılmazlıq, soyuq münasbət tamaşaçı auditoriyası üçün əlavə söz-söhbət, dedi-qodu yaradırdı. Ayşət xanımın rəfiqələrinin, tərəf müqabillərinin, həmçinin, özünün dediklərinə istinad edərək çox mükəmməl bir aktyor -qadın surəti yaratmaq olar. Ancaq ana ilə Müslüm arasındakı rabitə mütəəssir faciəvi tellərlə bağlı idi. Məhz, bu baxımdan Ayşət xanım, onun teatr yoldaşları bu adı (Müslüm : -C.P.) bir o qədər hallandırmağa çalışmırdılar. Ancaq digər bir tərəfdən bəd dillərin sahibləri sözgəzdirən, qeybətçil əməllərindən, sözsüz ki, geri qalmırdılar. Əlbəttə, insanları daima bir sual olduqca çox maraqlandırırdı. Nə üçün Müslüm Maqomayev Moskvada, onun anası Ayşət xanım vilayətin baş şəhərində, biri-birindən ayrı yaşayırlar? Lakin heç kim cürət edib bu sualla Ayşət xanıma müraciət edə bilmirdi, hətta, onun yaxın rəfiqələri və iş yoldaşları, belə Başqa bir tərəfdən isə, Ayşət xanım bu cür söhbətlərin ayaq açması üçün imkan vermirdi və münbit şərait yaratmırdı. Baxmayaraq o, çox şad, gülərüz, mehriban, ünsiyyətçil qadın idi. Burda, ən vacib amil ondan ibarət idi ki, Ayşət xanım heç vaxt kiminsə onun şəxsi işinə qarışmasına imkan yaratmırdı. Bütün könül sındıran, ürək sıxan həyat motivlərinə bahəm Ayşət xanım Maqomayeva insanlara münasibətdə mehriban, istiqanlı, doğma olaraq qalırdı.
Ayşət Əhməd qızı Qara qızılgül tamaşasında, sösün həqiqi mənasında, ana obrazını təsvir etməyi yaxşı bacarırdı. Mən ilk dəfə səhnəyə çıxanda təşviş içində idim. Ayşət Əhməd qızı mənə qayğı ilə yanaşdı, kömək etdi. Tamaşanın gedişi zamanı o, məni öpür və qucaqlayır, mənimlə ağlayırdı. Həmçinin, bir ana kimi məni sakitləşdirir və yenicə fəaliyyətə başlayan aktyoru hiss edir, ana münasibəti və qayğısı göstərirdi.
Müslüm qələmə aldığı Melodiya, mənim məhəbbətimdi adlı memuar monoqrafiyada anası ilə bağlı məqamlara çox ehtiyatla toxunurdu. Hətta, bəzən hiss olunurdu ki, müğənni anasını müdafiə edir, ona haqq qazandırmağa çalışır. Bu, təbii qəbul olunmalıdı , çünki Ayşət xanım onun anası idi. Oğulun anaya bu cür, münasibət sərgiləməsinin bünövrəsində daxili duyğular, ruhi bağlılıq, kökdən gələn impuluslar, ən əsası isə irsi əlamətlərı yrhıli.
Müharibədən sonrakı vəziyyət elə gətirdi ki, anam ikinci dəfə ailə qurmalı oldu. Bununla bağlı mən onu gunahlandıra bilmərəm. O, dram aktirisası idi, daima Rusiyanın şəhərlərində köçəri həyat tərzi keçirirdi, heç vaxt uzun müddət bir teatrda fəaliyyət göstərmirdi, -deyərək, -Müslüm xatirələr kitabında yazırdı.
Nəyin necə baş verməsindən asılı olmayaraq uzun ayrılıqdan sonra ana və oğul yenidən bir-birinə qovuşurlar. Onların sonradan necə barışması haqqında Ayşət xanımın çimkəndli rəfiqələri xəbərsiz idilər. Lakin Ayşət xanım oğlunun və gəlininin necə yaşaması, onu necə qarşılaması və onun gəlişi münasibəti ilə nə cür süfrə açmaları, ona necə hədiyyələr rim vəs. haqqında böyük qürurla, razılıqla danışırdı. Tamara Sinyavskaya tərəfindən ona hədiyyə olunan paltarı yeri gəlmişkən
O, (Ayşət xanım: -C.P.) hər il Yeni ili, əsasən də, Mavi işığı böyük səbirsizliklə gözləyirdi. O, gözləyirdi ki, nə vaxt oğlu (Müslüm : -C.P.) oxuyacaq. Hamı artıq yatırdı, amma o, səhər saat 4-ə kimi otururdu və xahiş edirdi ki, taksi çağırmayaq. Gözləyirdi Nə vaxt Müslüm oxuyacaq?! Son dəqiqəyə kimi gozləyirdi! O, elan olunduqdan sonra Ayşət xanım donub qalırdı. Onun ekranda görünməsindən sonra ana göz yaşlarını saxlaya bilmirdi. O, oxuyurdu, ana isə göz yaşlarına qərq olurdu.
Tale Ayşət xanımı 1971-ci ildə Murmansk şəhərinə, vilayət dram teatrına gətirib çıxarır. Həmin vaxt bu teatra rejissor Vasiliy Kiselyov rəhbərlik edirdi. Ayşət xanımın Murmansk Dram Teatrında fəaliyyəti çox uzun olmur. O, 1978-ci ildə teatr fəaliyyətini birdəfəlik dayandırır. Onun yüksək istedadı, insanpərvərliyi, sadəliyi, qabiliyyəti və başqa müsbət keyfiyyətləri ilə yaxından tanış olan səhnə yoldaşları Ayşət xanım haqqında ağız dolusu danışmağı xoşlayırdılar.
Yura və qızı Tanya uzun müddət analarının yanında, Murmansk şəhərində yaşamışlar. Oğlu Yura əsl, köklü murmanskili idi. O, da anası Ayşət xanım, qardaşı Müslüm kimi incəsənətə, musiqiyə, səhnəyə bağlı, birsözlə, musiqiçi idi. Yura Maqomayev Kolski adasının müxtəlif musiqi qruplarında iştirak etmişdi.
Ananın Müslümə olan məhəbbəti onu bir an belə tərk etmirdi. Həyatın görünməyən və görünən tərəfləri heç zaman bir-birini tamamlamır, əksinə, bunlar arasında mütəmadi olaraq bir ziddiyyət, bir təzad yaşanır, hökm sürür. Müslümə olan ana hissiyyatı Ayşət xanımı mütəəssir formada, faciəvi şəkildə durmadan, daima izləmişdi, bir saniyə sərbəst buraxmamışdı. Başqa bir tərəfdən isə Ayşət xanım Müslümün anası olduğunu nümayiş etdirməkdən həmişə çəkinmişdi. O, yaxşı anlayırdı ki, bunu bilən hər kəs istər-istəməz ona oğlu ilə bağlı müxtəlif suallar ünvanlaya bilər. Bu, sualları cavablandırmaq isə göründüyü kimi bir o qədər də, asan olmayacaqdı .
Ayşət xanım ikinci dəfə ailə həyatı qursa da, ilk həyat yoldaşı Məhəmmədin və böyük oğlu Müslümün familiyasını: -Maqomayev soyadını ömrünün sonunamı daşdı. Onun ikinci ərindən olan oğlu Yura səhnəyə Maqomayev kimi gəlib və bu gün də həmin familiyanı yaşadır. Əldə etdiyim informasiyaya görə Yura Maqomayev 2012-ci ildə anasının vaxtilə fəaliyyət gostərdiyi Murmansk Vilayət Dövlət Dram Teatrında solo konsert proqramı ilə çıxış etmişdi