Tarixi sənədlərə əsasən 1952-ci ildə bu yarğanda yerləşən bütün həlak olan sovet əsgərlərinin qəbirləri açılaraq ekshumasiya olunur və yenidən Hoyne adlanan qardaşlıq məzarlığında dəfn olunurlar. Xüsusi məqsəd üçün hazırlanan bu məzarlıqda indi 3985 sovet əsgəri uyuyur. Rəsmi məlumatlara görə onların çoxunun dəqiq familiyasını məyin etmək mümkün olubdu, həmçinin, Məhəmməd Maqomayevin.
Muslum Maqomayev xatirələrində bu barədə yazırdı:
Bu informasiyalar dəfələrlə yoxlanıbdı. Lakin, ən azından, Georgiy Qavriloviça atam haqqında söylədiyi xoş xatirələrə görə dərin təşəkkürümü bildirirəm. Bizim geniş ailə arxividə atamın komandirləri, dostları, hərbi yoldaşları haqqında yazdığı çoxsaylı məktublar qorunub saxlanılır. Lakin şükürlər olsun ki, hal-hazırda atamın yaşayan alay komandiri haqqında ilk dəfədi eşidirəm. Atam haqqında hər bir məlumat mənim üçün olduqca qiymətlidi. Çünki mən atamı heç vaxt görməmişəm.
Bu, vəziyyətdən yararlanmaq məqsədilə, sözün yaxşı mənasında, Mixayıl Zaxarçuk atalar məsəlində deyildiyinə rəğmən, dəmiri isti-isti döyərlər formuluna əsaslanaraq Müslüm Maqomayevdən onların ailə arxivini, daha doğrusu, atasının müharibə illəri ilə bağlı olan hissəni bir neçə günlük istəyir. Elə düşünür ki, ola bilsin orda Georgiy Qavriloviçin demədiyi bəzi faktları aşkarlasın Əlbəttə, bu, ölkənin ən məşhur hərbi qəzetlərində veriləcək məqaləni daha rəngarənk, maraqlı və dəyərli edərdi.
Mixayıl Zaxarçuk xatirələrində yazırdı:
Əvvəlcə Müslüm susdu və sonra həmişə olduğu kimi tələsik bir siqaret yandırdı. Həmin an nədənsə mənə ağır gəldi və öz-özümə daxilən sual verdim: nə üçün mən bu qədər məşhur bir insanın vaxtını alıram? Bu zaman, onun həyat yoldaşı Tamara xanım bizim üçün ətirli, yaxşı dəmlənmiş Bakı çayı gətirdi.
Jurnalistin xatirələrindən bəlli olur ki, ailə arxivi ilə bağlı Müslüm Maqomayevə ünvanlandığı suala yox cavabı alması onu çətin və çıxılmaz vəziyyətə salsa da o, təəssüfünü büruzə verməyərək, əvvəlki görkəmində qalır, hətta, bütün bunlara baxmayaraq hər şeyi mövcud normalar çərçivədə qəbul edir, ətirli Azərbaycan çayını içəiçə daxilən özünə toxtaqlıq verir.
İnanıram ki, siz məni düz başa düşəcəksiniz. Atama məxsus olan hər şey şəxsən mənə aiddi. Mən mərhəm, gizli şeyləri yaymağı xoşlamıram. Həqiqət naminə qeyd edim ki, çox əvvəllər əmim Camal atamın məktublarından bəzisini Bakı qəzetlərindən birinə vermişdi. Məncə, bu Vışka qəzeti idi. Ancaq mən bunu heç vaxt etməmişəm. Sizin təklifenizi Bağışlayın bir daha, comərdcəsinə, inanıram ki, siz məni düzgün başa düşürsünüz, -deyərək, Müslüm fikirini tamamlayır.
Jurnalist heç bir açıqlama olmadan hər şeyi gozəl bilirdi və başa düşürdü. Müslümün ailə arxivini, əsasən də, atasının cəbhə məktublarını başqa bir şəxsə verməməsini düzgün qiymətləndirirdi.
Jurnalist xatirələr dəftərində yazırdı:
Əslində həmin vaxt Müslüm düzgün qərar qəbul etdi. Hansı əsasnan o, ailə arxivini mənə verməli idi. Baxmayaraq ki, mən tanımadığı adam deyidim, amma belə götürəndə kənar şəxs idim. Kim buna zəmanət verə bilərdi ki, mən atasının cəbhə məktublarından səliqəli və düşünülmüş formada istifadə edəcəm? Başqa bir tərəfdən isə bu mənə təəssüflü və ağır gəlirdi. Ona görə ki, qızıl ulduzlu hərbi qəzetlər üçün bu həqiqi material idi. Demək olar ki, həmin materialı əlimdə tutmuşdum, lakin o birdən-əlimdən çıxdı!.
Görünür çox götür-qoy etdikdən sonra o, (yəni Müslüm Maqomayev: -C.P.) düşünür və sonda qərara gəlir ki, atasının cəbhə məktublarını hərbi jurnalistə təqdim etsin. Səbirsizliklə səhərin açılmasını gözləyən Müslüm sübh-tezdən Mixayıl Zaxarçuka zəng edir və atasının cəbhə məktubları ilə bağlı fikrini ona çatdırır.
Sevincinin həddi-hüdudu olmayan Zaxarçuk bu barədə yazırdı:
Hörmətli oxucularım , bu cür şad, həm də xoş xəbərdən sonra mənim sevincimi, ümumiyyətlə, vəziyyətimi təsəvvürünüzə gətirə bilənərsinizmi?.. Müslüm řetdizəx
Hərbi qəzetin müxbiri əlinə düşən fursəti buraxa bilməzdi. Müslümdən aldığı çox saylı cəbhə məktubları jurnalistin qarşısında müharibə ilə, şəxsən Məhəmməd Maqomayevlə bağlı yeni bir tarixə açırdmaqli qır bunar maksimumum Sonda balaca bir qəzet qeydindən faktlara əsaslanan analitik bir məqalə, daha sonra isə sənədli bir povest masa üzərinə qoyulur. Bu, mühüm məsələ ilə bağlı jurnalistin şəxsi düşüncələri, daha aydın, daha obyektiv və daha sanballı görünür. O, yazIrdI:
Mən, Müslüm Maqomayevin atası ilə bağlı sənədli povest yazdım və onu özümün Öz borcumu şərəflə yerinə yetirirəm adlı kitabımda yerləşdirdim. Burda, həmçinin, Almaniyada həlak olan əsgərlərin Polşada dəfn olunmasına da, aydınlıq gəldi. Sən demə marşal QK Jukov Sərkərdə çox gözəl bilirdi ki, Ali Komandanlıq ondan nə üçün Reystaxt divarları önündə bu qədər əsgərin həlak olmasını soruşacaqdı . Sözsüz ki, bu, tamamilə başqa bir mövzunun söhbətidi , -deyən, M.Zaxarçuk fikirini belə yekunlaşdırır .
Məhəmməd Əbdül-Müslüm oğlu Maqomayev Ali Komandanlıq tərəfindən dörd dəfə ordenlə təltif olunmuşdu. Bunlar Qızıl Ulduz (sentyabr-1944), Qırmızı Bayraq (Fevral-1945). Məhəmməd haqqında yazılan sənədli povest yazıçı-hərbi jurnalist Mixayıl Zaxarçuk tərəfindən vaxtilə Almaniyada yerləşən Sovet Qoşun Qruppalaşmasının mətbuat orqanı olan Sovet Ordusu, Şimal Qoşun Qruplaşmasının mətbuat orqanı olan Qələbə bayrağı və Şimali Qafqaz hərbi dairəsinin mətbuat orqanı olan Qızıl bayraq qəzetlərində eyni vaxtda dərc olunmuşdu.
Müslüm atası haqqında yazırdı: O, çox zəkalı, istedadlı, qabiliyyətli bir insan olub: heç yerdə xüsusi musiqi təhsili almadan royalda yaxşı ifa etməyi və oxumağııbıbacar. Əlbəttə, bu onsuz da başa düşüləndi: babam kimi peşəkar, universal bir adamın yanında böyüyəsən, sözsüz ki, həm çalmağı, həm də oxumağı öyrənəcəksən. Atamın səsi o qədər də böyük diapazona malik olmayıbdı, deyilənlərə görə çox səmimi, ürəyəyatımlı olubdu. Mənim səsim atamdan deyil, anamdan mənə gəlibdi O, həmçinin, çox istedadlı teatr rəssamı kimi Bakıda, daha sonra Maykopda tamaşalar tərtib edib və orda da anamla tanış olubdu.
Söhbətin bu yerində, Müslümün orada da, anamla tanış olubdu, -deməsinə, -münasibət bildirmək, məncə, yerinə düşər. Ayşət xanımın xatirələrinə müraciət edərkən mən tamamilə başqa hadisənin şahidi olmuşdum.
Ayşət xanım öz xatirələrində yazırdı:
Mən Müslümün atası Məhəmməd ilə 1941-ci ildə, Moskvada tanış oldum. Onda mən, Teatr İnstitutunda oxuyurdum Hətta, Stalin adına təqaüd alırdım. Paytaxt Moskvada Azərbaycan incəsənəti ongünlüyü açıldı. Bu, tədbirlə bağlı Bakıdan Opera və Balet teatrının artistləri gəlmişdilər. Bəstəkar Əbdül- Müslüm Maqomayevin həyat yoldaşı Baydagül xanım və oğlu Məhəmməd də onların arasında idi. Biz, Məhəmmədlə həmin zaman tanış olduq. Başladıq dostluq etməyə, bununla da bizim sevgi romanımızın bünövrəsi qoyuldu.