Rəfail Alı oğlu Tağızadə - Su üzərində bahar стр 8.

Шрифт
Фон

Bir az tumarlayıb, bir az oynadıb

əliylə gözümü yumacaq mənim.

Qoymaz son sozümü, qoymaz deməyə.

Ona dərd olacaq, dözməz bu dərdə.


Məni sakitliyə aparıb gedər,

itirər gözlərdən, itirib gedər.

Yığar balıqları üçə, yeddiyə,

«baxdınız, gördünüz», «dağılın»  deyə,

qovar balıqları, qovar yanımdan.

Yuyub, rahatlayıb basdırar məni,

canlılar gözündən azdırar məni.

Rekviyem çaldırar susan sulara,

ay da işıq salar, gecə durular

Üstümə yosunlar döşəyər, tökər,

içimə bir sevgi toxumu səpər.

Oxşayıb, oxşayıb yatırar məni,

sevginin qoynunda batırar məni.


Məni dəniz boğsa, heç dərdim olmaz,

üzümdə sevginin naxışı solmaz.

27.01.2015

Dənİz gözlüm

Dəniz gözlüm
Qoy məni gözün üstünə,
nə olsun üzə bilmirəm.
Baxıb mənə ötüb getmə,
bilirsən dözə bilmirəm.

Əlimi götür əlinə,
əlim əldə itən olur.
Durub, durub lap qəfildən
bir gül təki bitən olur.

Sən ki, sevirsən gülləri.
Gül ətirli, dəniz gözlüm.

09.10.2016

Dənİz nəğməsİ

Gedəkmi, ala gözlüm,
sevdiyimiz dənizə?
Eşidib qağayılar
nəğmə oxusun bizə.

Ləpələr gəlib yusun
sahildəki izini.
Ay da çıxıb dəyişsin
dənizin bənizini.

Dalğalar layla desin

Su üzərində bahar

14 минут
читать Su üzərində bahar
Rəfail Alı oğlu Tağızadə
Можно купить 400Р
Купить полную версию

Ваша оценка очень важна

0
Шрифт
Фон

Помогите Вашим друзьям узнать о библиотеке

Скачать книгу

Если нет возможности читать онлайн, скачайте книгу файлом для электронной книжки и читайте офлайн.

fb2.zip txt txt.zip rtf.zip a4.pdf a6.pdf mobi.prc epub ios.epub fb3